Dünya

Xalq artisti səhnədən getdi

19 Noyabr 2019 14:46
0 Şərh     Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xalq artisti Mixail Boyarski səhnədən getdiyini elan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, 70 yaşının yaxınlaşması ilə əlaqədar bu fikrə gəldiyini deyib.

Aktyor artıq qocaldığını və həkimlərin qayğısına daha çox ehtiyacı yarandığını bildirib.

M.Boyarski dekabrın 26-da 70 illik yubileyini qeyd edəcək. Lakin o, doğum günlərini keçirməyi sevmədiyini və tez keçib getməsini arzuladığını diqqətə çatdırıb. 

Aktyor təqaüdə çıxandan sonra nəvələrinə daha çox diqqət ayırmağı düşündüyünü vurğulayıb. 

Aktyor-müğənni M.Boyarski 1949-cu ildə Sankt-Peterburqda anadan olub. O, daha çox "Dartanyan və üç muşketyor", "Böyük oğul" filmlərindəki rolları ilə tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, M. Boyarski müğənni kimi də çox populyardır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.