Dünya

Ermənistan hərbi rəhbərliyində ciddi dəyişikliklər

19 Noyabr 2019 15:37
0 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyindəki istefalar və yeni təyinatlar Nikol Paşinyanın rəhbərlik etdiyi kollegiya iclasından sonra həyata keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüşdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın Müdafiə naziri Karem Abramyan da iştirak edib. 

Dərgi qeyd edir ki, dəyişiklik nəticəsində Baş Qərargah rəisinin yalnız bir müavini olacaq. Baş Qərargah rəisinin müavini Onik Qasparyan vəzifəsində qalacaq və çox güman ki, Baş Qərərgah rəisinin hazırkı rəisi Artak Davtyanı əvəz edəcək. 

Baş Qərargah rəisinin digər müavinləri Andranik Markaryan, Stepyan Qalstyan və Tiran Xaçatryanın gələcək taleyi barədə məlumat verilmir. 

Qeyd edək ki, ötən gün Ermənistanın yüksək çinli bir neçə hərbçisi tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.