Dünya

İranda qatar relsdən çıxdı

19 Noyabr 2019 15:05
1 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Marağa rayonu ərazisində Təbriz-Tehran qatarının iki vaqonu relsdən çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayəti Marağa rayonu fövqəladə hallar idarəsinin rəsmisi Nəqi Meskini deyib.

N.Meskininin sözlərinə görə, vaqonların relsdən çıxması nəticəsində insan itkisi olmayıb.

Meskini əlavə edib ki, vaqonların sərnişinləri müvəqqəti olaraq rayonun Xodacu şəhərinə nəql olunublar.

İdarə rəsmisi hadisənin mütəxəssislər tərəfindən araşdırıldığını deyib.

Hazırda Marağa-Təbriz istiqamətində iki qatarın baş verən hadisəyə görə gecikmə ilə çatacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.