Dünya

Ankara və İstanbul arasında yeni sürət qatarı işləyəcək

19 Noyabr 2019 12:58
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankara və İstanbul arasında yeni sürət qatarları xəttə buraxılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Dəmir Yol Şirkətinin (TCDD) başçısı Kamuran Yazıcı deyib. Onun sözlərinə görə, sürət qatarının sürətinin saatda 300 kilometr olacağı gözlənilir.

K.Yazıcı qeyd edib ki, yeni qatarlar Almaniyanın "Siemens" şirkətindən alınıb və bu il noyabrın 22-də Türkiyəyə gətiriləcək.

Şirkət rəhbəri qeyd edib ki, Ankara və İstanbul arasında bu qatarların istismarına artıq gələn il fevralın 1-dən başlanılacaq.

Yeni qatarların ümumi dəyərinin 312 milyon avro olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.