Dünya

Narkoman övlad anasına 11 bıçaq zərbəsi vurdu, telefonunu oğurlayıb qaçdı - FOTO

19 Noyabr 2019 13:25
0 Şərh     Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir şəhərində oğul anasını ölümcül yaralayıb.

Bornova rayonunda yaşayan 43 yaşlı Esma S. ilə oğlu Məhəmməd D. arasında mübahisə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd D. anası Esma S.-ə 11 bıçaq zərbəsi endirib.

Anasını ölümcül yaraladıqdan sonra cinayətkar oğul onun mobil telefonunu da oğurlayaraq evdən qaçıb.

Qan içində qalan qadını qonşuları tapıb.

Xəstəxanaya yerləşdirilən Esma S.-nin vəziyyəti ağırdır.

21 yaşlı Məhəmmədin narkotik maddə aludəçisi olduğu bildirilir.

Polis cinayətkarı axtarır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.