Dünya

13 yaşlı qız özünü binadan atdı - İntihar səbəbi dəhşətə gətirir - FOTO

19 Noyabr 2019 12:40
3 Şərh     Baxış: 5 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13 yaşlı qız özünü çoxmərtəbəli binadan ataraq öldürüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 13 yaşında hamilə qalan qız bu səbəbdən anası ilə dalaşdığına görə canına qəsd edib. Dəhşətli hadisə Taylandda, Banqkok şəhərində baş verib.

Mətbuatda adı Pinkie kimi keçən azyaşlı intihardan əvvəl ayaqlarını göydələnin damından sallayaraq çəkilmiş şəklini rəfiqəsinə göndərərək "mən gedirəm, səni sevirəm" mesajını yazıb.

Qızın ölümünə görə 6 nəfər saxlanılıb. Məlum olub ki, 6 oğlan onu qrup halında zorlayıb. Qız hamilə olması barədə sosial şəbəkələrdə status yazıb.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.