Dünya

Kamboca şahzadəsi vəfat etdi

19 Noyabr 2019 09:25
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamboca kralı Norodom Siamoninin ata bir, ana ayrı bacısı, şahzadə Norodom Bophavedi ağır xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, N. Bophavedi 1998-2004-cü illərdə Kambocanın Mədəniyyət və Təsviri Sənət Nazirliyinə başçılıq edib, 2012-2017-ci illərdə isə senator olub.

Şahzadə, həmçinin milli baletin gənc primadonnlarından biri idi. Bophavedi rəqsi atdıqdan sonra belə bu sahəyə sədaqətli qalmaqda davam edirdi. O, ənənəvi Kamboca baletinin məktəb binasını bərpa edib orada qızlara dərs deyirdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.