Dünya

Tbilisidə etirazı yatırmağa xüsusi təyinatlı polis dəstələri qarışdı - Polislər zirehli geyim və qalxanla təchiz edilib - VİDEO - FOTO

18 Noyabr 2019 17:54
0 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının, eləcə də etirazlar aksiyalarının keçirildiyi parlament binasının yaxınlığında yerləşən Çitadze küçəsinə xüsusi təyinatlı polis dəstələri cəmlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, polislər zirehli geyim və qalxanla təchiz edilib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasının artıq qanunsuz hal aldığını bildirib və etirazçıları parlamentin işinə mane olmamağa çağırıb. Qurumun bəyanatında parlamentin bloklanmasının davam edəcəyi təqdirdə polisin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində adekvat reaksiya veriləcəyi qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.