Dünya

İranda benzin bahalşamasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

18 Noyabr 2019 15:42
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin bəzi şəhərlərində benzin bahalaşmasına qarşı keçirilən etirazlarda 3 gün ərzində 180 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayətinin valisi Qulamrza Şəriəti IRNA-ya açıqlamasında deyib.

Q.Şəriətinin sözlərinə görə, vilayətin 15 rayonunda benzinin qiymətinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib. Bu rayonlarda bəzi şəxslər dinc aksiyaları zorakılığa çevirməyə çalışıblar. Behbəhan, Xürrəmşəhr, Abadan, Şadqan, Mahşəhr və Əndimeşk rayonlarında dövlət əmlakına ziyan vurulub.

Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.