Dünya

Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü

18 Noyabr 2019 15:46
0 Şərh     Baxış: 1 585

Rusiyada Usinsk Şəhər Məhkəməsinin qərarı ilə 17 yaşlı həyat yoldaşını döyməkdə təqsirləndirilən ailə başçısı 5 il 6 ay müddətində həbsə məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cinayəti törətmiş şəxs hamilə olan, 2015-2018-ci illər aralığında yaşadığı həyat yoldaşını fiziki və mənəvi işgəncələrə məruz qoyub.

Şiddət faktı cütlüyün digər azyaşlı oğlan uşağının gözü önündə törədilib.

Qeyd edək ki, qeyri insani rəftara məruz qalmış qadın Azərbaycan Respublikasının vətəndaşıdır. 

Cinayətkar cəzasını ümumi rejimli həbsxanada çəkəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.