Dünya

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar

18 Noyabr 2019 15:24
2 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi və onun iki müavini vəzifələrindən azad ediliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi Movses Akopyan və onun iki müavini - Vaçaqan Nersisyan və Kamo Koçunç işdən çıxarılıblar.

Xatırladaq ki, M. Akopyan baş hərbi müfəttiş vəzifəsinə ötən ilin may ayında təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.