Dünya

İran ABŞ-ın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib

18 Noyabr 2019 08:52
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehran ABŞ-ın İrandakı etirazlara aid bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bəyan edib.

Daha əvvəl ABŞ-nın Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus, İran hakimiyyətinin etirazlar zamanı ölkədə İnterneti bağlamaq cəhdlərini qınadığını və ABŞ-ın "səbirli İran xalqını" dəstəklədiyini açıqlayıb.

İranın Xarici İşlər Nazirliyinin saytındakı açıqlamada A.Musavi deyib: ""Böyük İran xalqı bu cür ifadələrin heç bir səmimiliy olmayan riyakarlıq və münafiqliy olduğunu yaxşı bilir."

İran XİN-nin rəsmi nümayəndəsi həmçinin ABŞ Dövlət Departamentinin İrandakı etirazlarla bağlı açıqlamasını da qınayıb və ölkənin daxili işlərinə müdaxilə adlandırıb.

Qeyd edək ki, İranda benzinin qiymətinin artması səbəbi ilə etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiyalar zamanı bir nəfərin öldüyü bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.