Dünya

ABŞ İrandakı etirazları dəstəkləyib

18 Noyabr 2019 08:26
3 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyib və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İranda benzinin qiymətinin artmasına qarşı nümayişlər keçırılir. Noyabrın 15-də keçirilən iğtişaşlar zamanı bir nəfərin öldüyü bildirilib.

Ağ Evin yaydığı bəyanatda qeyd olunub: "ABŞ İran xalqını ona rəhbərlik etməli olan rejimə qarşı dinc etirazlarında dəstəkləyir. Biz ölümlə nəticələnə bilən güc tətbiq edilməsini və nümayişçilərə qarşı istifadə edilən rabitə mövzusunda sərt məhdudiyyətləri müzakirə edirik".

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musavi ABŞ-ın İrandakı etirazlarla bağlı verdiyi açıqlamanı ölkənin işlərinə müdaxilə hesab etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.