Dünya

Tiflisdə nümayişlərə 5,5 min qatılıb

18 Noyabr 2019 07:48
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tiflisdə parlamentin qarşısında keçirilən mitinqə 5,5 minə yaxın insan qatılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gürcüstan Parlamenti daha əvvəl konstitusiyada qarışıq parlament seçkilərindən proporsional sistemə keçidi nəzərdə tutan düzəlişlər qəbul edə bilməyib. Tbilisidə parlament qarşısında etiraz aksiyaları başlayıb. Bütün müxalif qüvvələr hökumət əleyhinə birləşərək növbədən kənar parlament seçkilərinin keçirilməsini və keçid hökumətinin təyin edilməsini tələb ediblər. Noyabrın 17-də parlament qarşısında minlərlə müxalifətçinin, qeyri-hökumət və ictimai təşkilatların və onların tərəfdarlarının mitinqi baş tutub. Hal hazırda parlamentin qarşısında çadırlarda gecələməyi planlaşdıran aktivistlər var.

Eyni zamanda Respublika meydanında ayrıca mitinq keçirən müxalif "Vətənpərvərlər Alyansı" partiyasının mitinqində 1500 nəfər, Batumidə isə həmrəylik mitinqində 50 nəfər iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.