Dünya

Kaliforniyada məktəbdə atəş açan şagird ölüb

17 Noyabr 2019 21:21
0 Şərh     Baxış: 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə Kaliforniyanın cənubunda oxuduğu məktəbdə atəç acan və daha sonra özünü güllələyən yeniyetmə cümə günü aldığı yaralar nəticəsində həyatını itirib.

Polis bildirib ki, 16 yaşlı Nataniel Berhou hospitalda anasının yanında ölüb.

Berhou cümə axşamı Santa Klaritada məktəbdə 45 kalibrlı yarı-avtomatik silahla beş şagirdi vuraraq, 15 yaşlı bir qızı və 14 yaşlı bir oğlanı öldürüb. Atışmanın baş verdiyi gün 16 yaşına qədəm qoyan Berhou sonda güllə ilə özünü başından vurub.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Los Ancelesin Şerif Departamentinin cinayət bölməsinin kapitanı Kent Vegener cümə günü müxbirlərə deyib ki, polis 40-dan çox insanı sorğu-sual etsə də, hələ ki, Berhounun məqsədini müəyyən edə bilməyib. Onlar heç bir sui-qəsd məktub tapmayıblar.

Berhou Los Ancelesin 65 kilometr uzağında yerləşən Santa Klaritada Sauquz Məktəbində atəş açıb.

"Bilidiyimiz qədər, qurbanlar təsadüfi olub" - deyə, şerif Aleks Villanueva bildirib.

Polis bildirib ki, yeniyetmənin bulli olunduğuna dair heç bir dəlil yoxdur.

Sinif yoldaşları Berhounun sakit amma sosial olduğunu deyiblər.

Polis Berhounun silahı necə əldə etdiyini müəyyən etməyə çalışır. Mediada yer alan məlumata görə, Berhounun 2017-ci ilin dekabr ayında vəfat edən atası bəzən Berhounu ova aparırdı və mümkündür ona silahdan atəş açmağı öyrədib.

Sauquz məktəbində 2019-2020 dərs ilində 9-12 siniflərdə 2385 şagird oxuyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.