Dünya

İranın 100-ə yaxın yaşayış məntəqəsində etiraz aksiyası keçirilib

17 Noyabr 2019 20:47
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın 100-ə yaxın yaşayış məntəqəsində yanacağın qiymətinin qaldırılması ilə əlaqədar etiraz aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiya iştirakçılarının böyük hissəsi iğtişaşlarda və polislə toqquşmalarda iştirak etməyib.

Məlumata əsasən, ötən iki gün ərzində təxminən min nəfər aksiya iştirakçısı saxlanılıb.

Bildirilir ki, ümumilikdə aksiyalarda təxminən 87,5 min insan iştirak edib. Onlardan 82 mindən artığı kişi olub.

Həmçinin qeyd edilir ki, etirazçıların bir hissəsi polislərə hücum edib, bankların ofislərini, mağazaları yandırmağa çalışıb. Ümumilkdə təxminən 100 yerli maliyyə qurumunun nümayəndiliyi yandırılıb və ya qarət edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.