Dünya

Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz yürüşü keçirir

17 Noyabr 2019 16:15
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın birləşmiş müxalifət partiyaları noyabrın 17-də Tbilisinin mərkəzində yerləşən Rustaveli prospektindəki Puşkin parkından parlamentin binasına qədər yürüş keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əllərində Gürcüstan bayraqlarını və müxtəlif plakatlar tutmuş insanlar "Gürcüstanı dəyişək!" şüarı səsləndirərək, müvəqqəti keçid hökumətinin yaradılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

İki mindən çox insanın iştirak etdiyi yürüş səbəbindən Rustaveli prospekti bağlanıb, polis təhlükəsizlik tədbirləri görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.