Dünya

Xamenei benzinin bahalaşmasını dəstəklədi: Sabotaj...

17 Noyabr 2019 13:49
1 Şərh     Baxış: 2 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Ali dini lideri Əli Xamenei ölkədə benzinin qiymətinin artmasını dəstəkləyib.

Milli.Az Axar.az-a isinadən xəbər verir ki, Xamenei ölkədəki etirazların təşkilində düşmənləri ittiham edərək, baş verənləri sabotaj adlandırıb.

"Şübhəsiz, bəzi insanlar bu qərardan narahatdırlar. Sabotaj və yanğınları bizim insanlar yox, xuliqanlar həyata keçirirlər. Əks-inqilab və İranın düşmənləri həmişə sabotajları və təhlükəsizliyin pozulmasını dəstəkləyiblər və bundan sonra da dəstəkləməyə davam edəcəklər", - o bildirib.

Xamenei benzin qiymətlərinin artırılmasının ekspertlərin fikrinə əsaslandığını və onun dəstəklənməsi gərəkdiyini söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.