Dünya

ABŞ Misiri hədələdi: Rusiyadan qırıcı alınarsa…

15 Noyabr 2019 19:57
0 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir Rusiyanın Su-35 təyyarələrini alacağı halda sanksiya ilə üzləşə bilər.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin Misir hökumətinə göndərdiyini ortaq məktubunda yer alıb. Vaşinqton məktubda Misirdən təcili olaraq imzalanan razılaşmanı ləğv etməsini istəyib:

"Rusiya ilə yeni böyük razılaşma gələcəkdə ABŞ-la hərbi informasiya mübadiləsini və Amerikanın Misirə hərbi yardımını çətinləşdirəcək".

"Vol Strit Jurnal" isə Pentaqon rəsmilərinin Misir Hərbi Hava Qüvvələrinin rəhbərini müqavilənin arzuolunmaz nəticələrə gətirib çıxaracağı ilə bağlı şəxsən xəbərdar etdiklərini bildirib.

Qeyd edək ki, bundan öncə "Kommersant" qəzeti Misirin Rusiyadan 2 milyard dollara 20-dən çox Su-35 təyyarəsi almaq istədiyi haqqında məlumat yaymışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.