Dünya

Devrilmiş prezident parlamenti ələ keçirdi - Yeni gəlişmə

15 Noyabr 2019 19:34
Baxış: 3 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviyada qiyamdan sonra parlamentdən uzaqlaşdırılan Sosializmə Doğru Partiyasından (MAS) olan deputatlar yenidən parlamentdə üstünlüyü təmin edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, MAS-ın rəhbəri bir müddət əvvəl istefaya gedən prezident Evo Moralesdir.

Partiyanın parlamentə girməsi ilə yeni spikeri seçilib. Əvvəlki spiker Adriana Salvaterra qiyamın ikinci günü hərbçilərin hücumuna məruz qalmışdı və bundan sonra istefa verdiyi açıqlamışdı.

MAS-ın keçirdiyi yeni seçkidə isə partiya üzvü Eva Kopa spiker seçilib. MAS hazırda parlamentin üçdə iki hissəsini əlində saxlayır.

Boliviya Konstitusiyasına görə, spiker seçiləndən sonra dövlət başçısı postu Eva Kopaya keçsə də, Moralesin Meksikaya qaçmasından sonra özünü prezident elan edən Janin Anes hələ bu vəzifədədir.

Eva Kopa isə parlament sədri kimi ilk açıqlamasını verərək, qısa müddət ərzində erkən seçkilərin keçiriləcəyini və yeni seçki komissiyasının qurulacağını bildirib.

Müvəqqəti dövlət başçısı Janin Anes bundan əvvəlki komissiyanın bütün üzvlərini həbs etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.