Dünya

Bu ölkədə internet cinayətlərinə görə 60 minə yaxın insan həbs olunub

16 Noyabr 2019 04:30
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin hüquq-mühafizə orqanları bu ilin yanvar ayından oktyabradək internet vasitəsi ilə törədilən cinayətlərə görə təxminən 60 min insanı həbs edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq cinayət işlərinin, demək olar, yarısı şəxsi informasiyanın oğurlanması, haker hücumları və dələduzluqla bağlıdır.

Rəsmi məlumata əsasən, Çində 830 milyona yaxın internet istifadəçisi var. Bu göstərici üzrə ölkə dünyada birinci yeri tutur. Çin, həmçinin elektron kommersiya və müxtəlif online xidmətlər sahəsində də liderlərdən biridir. Hakimiyyət əhalini şəbəkə dələduzlarından qorumaq üçün aktiv tədbirlər görür. Xüsusən son illər hakerlərə və kiber cinayətkarlara birbaşa, yaxud dolayı dəstək verən kompaniyalar ciddi cəzalara məruz qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.