Dünya

Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO

15 Noyabr 2019 16:49
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-n Corcia ştatında Rey Kromarti Kori Klark və Tadeus Lukasla birgə mağazaya hücum zamanı kassiri öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kassanı aça bilməyən cinayətkarlar iki bağlama pivə götürərək, oranı tərk ediblər.

Hadisədən üç gün sonra polis cinayətkarları həbs edib. Kori və Tadeus cinayətin Komartinin törətdiyini etiraf etsələr də, sonuncu cinayəti boynuna almayıb.

Corciya hökuməti Komartini hadisədən üç gün öncə başqa bir kassiri də öldürməkdə ittiham edib.

Məhkəmə Komartinin vəkilinin və öldürülən kassirin bacısının DNT testi tələbini qəbul etməyib və Komartiyə ölüm cəzası hökmü oxunub.

Bu hadisə 25 il əvvəl baş verib.

Bu ilin noyabr ayında Komartinin günahsız olduğunu sübut edəcək dəlillərin ortaya çıxmasına baxmayaraq, məhkəmə dəlilləri gec olduğu üçün qəbul etməyib.

Ölüm cəzasının tətbiqindən əvvəl son sözü soruşulan Komarti bundan imtina edərək, son dəfə dua etmək istədiyini bildirib.

Onu öldürücü iynə vuraraq edam ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.