Dünya

Dünyanın ən bahalı küçələri - SİYAHI

15 Noyabr 2019 20:44
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honq Konqun Kozuey Bey küçəsi 2019-cu ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Cushman & Wakefield" konsaltinq şirkətinin reytinqində deyilir.

Bu küçədə ticarət obyektinin icarəsi bir kvadrat metr üçün illik 25,96 min avro təşkil edib.

Reytinqdə ikinci yerdə Nyu Yorkun Beşinci prospekti (21,3 min avro), üçüncü yerdə Londonun Nyu Bond küçəsi (16,2 min avro) qərarlaşıb.

Bundan başqa, ilk onluqda Yelisey çölləri (Paris), Montenapoleone (Milan), Gindza (Yaponiya), Pitt Strit Moll (Sidney), Banhofştrasse (Sürix), Mendon (Seul) və Kolmarkt (Vyana) küçələri yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.