Dünya

Kiprdə sevgilisini soyub qaçan azərbaycanlı haqqında qərar verildi

15 Noyabr 2019 13:44
0 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhkəmə Kiprdə sevgilisini qarət edən azərbaycanlı haqqında qərar çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Ərman Şahın Kipr ərazisindən çıxması qadağan edilib, şəxsiyyət vəsiqəsi, pasportu və səyahət sənədlərini polisə təqdim edilib.

Eyni zamanda, o, 15 000 TL (4.422 AZN) məbləğində təzminat ödəyib və həftədə bir dəfə Polis İdarəsinə gəlməsi tələb edilərək sərbəst buraxılıb.

Xatırladaq ki, Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-də polis tərəfindən tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.