Dünya

ABŞ-da yeniyetmə məktəbdə silahlı insident törədib, ölənlər var

15 Noyabr 2019 08:03
0 Şərh     Baxış: 708

ABŞ-ın Kaliforniya ştatında "Saugus High School" məktəbində atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 2 məktəbli həlak olub, 3-ü isə yaralanıb.

Məlumata əsasən, atəş açan şəxs 16 yaşlı məktəbli olub. Hazırda onun xəstəxanada olduğu bildirilir.

Şəhər polisinin verdiyi məlumata görə, atışma səhər saat 7:30-da başlayan birinci dərs vaxtı baş verib. Los-Anceles dairəsinin şerifi Aleks Villanuevanın sözlərinə görə, insidentlə bağlı zəng polis şöbəsinə saat 7:38-də daxil olub. Polis işçiləri hadisə yerinə iki dəqiqəyə çatıblar. Yaralanan şagirdlərə təcili tibbi yardım göstərilib. Şübhəli şəxsi bir neçə dəqiqə axtardıqdan sonra məlum olub ki, o, yaralanan şagirdlərdən biridir. Los-Anceles dairəsinin polis kapitanı Kent Ueqener deyib ki, şübhəli şəxs başından güllə yarası aldığı üçün xəstəxanaya aparılıb. Polis iddia edir ki, o, iki şagirdi qətlə yetirəndən sonra özünə sui-qəsd etmək istəyib.

Qeyd olunur ki, ölən şagirdlərin 14 və 16 yaşları var. Zərərçəkənlər və şübhəli şəxs bir məktəbin şagirdləridirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.