Dünya

Gürcüstan parlamentinin qarşısında oturaq aksiya keçirilir

14 Noyabr 2019 21:24
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, etirazçılar bağladıqları Rustaveli prospektinə taxta lövhələr gətiriblər.

Aksiyaçılar qanunverici orqanın bugünkü iclasında proporsional sistemə keçidlə bağlı qanun layihəsinin dəstəklənməməsinə etiraz edirlər.

Aksiya iştirakçıları taxta lövhələri yola düzərək oturaq aksiyanı davam etdirəcəklərini bildiriblər. Etirazçılara müxalifət partiyalarının liderləri və tərəfdarları da qoşulublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.