Dünya

Bağdadda 4 etirazçı öldürülüb, onlarla insan yaralanıb

14 Noyabr 2019 21:13
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis və səhiyyə mənbələrinin bildirdiyinə görə, minlərlə iraqlının hökumət əleyhinə etirazlarının davam etdiyi bir vaxt cümə axşamı təhlükəsizlik qüvvələri Bağdadda 4 etirazçını öldürüb, 52 nəfəri yaralayıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, etirazçılardan birinin başına gözyaşardıcı qaz kanistri dəydikdə, digərinin isə təhlükəsizlik qüvvələrinin atdığı elektro-şok bombalarından aldığı yaralar səbəbindən xəstəxanada öldüyü bildirilib.

Reuters xəbər agentliyinin müxbiri təhlükəsizlik qüvvələrinin Təhrir Meydanı yaxınlığına toplaşan etirazçıları dağıtmaq üçün canlı atəş, rezin güllələr və qaz kanteynerlərindən istifadə etdiyini deyib.

Səhiyyə mənbələrindən verilən məlumata görə, xəstəxanaya aparılan yaralıların əksəriyyəti qazla zəhərlənənlər və ya rezin güllələr ilə vurulanlardır.

Etirazçılar təhlükəsizlik qüvvələrinin cümə axşamı səhər tezdən onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrlə hücumları daha da gücləndirdiklərini deyib.

Oktyabrın 1-dən başlayan etirazlarda azı 300 etirazçı öldürülüb. Ölüm hallarının çoxu təhlükəsizlik qüvvələrinin siyasi korrupsiya, işsizlik və aşağı səviyyəli sosial xidmətlərə etiraz edənlərə qarşı atəş açması nəticəsində baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.