Dünya

Belarus rus bazasından imtina etdi: “Su”lar gətirdi

14 Noyabr 2019 20:58
0 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus ərazisində Rusiya bazası yerləşdirmək yerinə, Su-30 SM qırıcıları almaq qərarı qəbul edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zas deyib.

"Rusiya ərazimizdə öz hərbi hava bazasını yerləşdirməyi təklif etmişdi. Belarus ərazisində Rusiya hərbi bazasının yerləşməsi bizim döyüş aviasiyamızın inkişafı problemini həll etməyəcəkdi. Buna görə də öz imkanlarımıza güvənməli olduq", - deyə o bildirib.

Qeyd edək ki, dünən Rusiyadan alınan SU-30 SM qırıcılarının ikisi Belarusun Baranoviç aerodromuna enib. Belarus Müdafiə naziri Andrey Ravkov növbəti həftələrdə daha bir neçə qırıcının gətiriləcəyini bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.