Dünya

Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14 Noyabr 2019 16:04
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yaxın zamanlarda üz tanıma funksiyaları olan bankomatlar quraşdırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, pilot layihəsində reallaşdırılacaq bankomatlara xüsusi kameralar quraşdırılacaq.

Müştəri bu bankomatlardan pul çıxarmaq üçün kart və ya mobil telefona ehtiyac duymayacaq.

Banklar bu layihə çərçivəsində həm yeni bankomatlar quraşdıra, həm də mövcud bankomatları yeni avadanlıqla təchiz edə bilər.

Bundan başqa, Rusiyada bəzi fitnes klublarında üz tanıma funksiyası işə salınacaq. Hazırda bu layihədə Moskva, Barnaul və Surqutda bir sıra fitnes klublar iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.