Dünya

İrəvanı silkələyən olay

13 Noyabr 2019 13:17
0 Şərh     Baxış: 4 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vəkillər Kollegiyasının iki üzvünü saxlayıb. Vəkillər istintaq təcridxanasında bir məhkumun ailə üzvünə Apelyasiya Məhkəməsinin hakiminə rüşvət verərək, şərti olaraq vaxtından əvvəl azad edilməsini təklif edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vəkillər məhkumun ailə üzvünü 7000 dollar məbləğində rüşvət verməyə razı salıb.

Hüquqşünaslar pul alıb, bu müddət ərzində xüsusi xidmət orqanları onların hərəkətlərini izləyib. Hüquqşünaslardan birinin evində aparılan axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 6800 dollar tapıb. Hər iki vəkil tutulub, dindirmə zamanı günahlarını etiraf edib.

Olay sosial şəbəkədələrdə kəskin reaksiyalara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.