Dünya

Ən çox "içən" ölkələr - Rusiya ilk onluqda

13 Noyabr 2019 20:00
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhalisinin daha çox spirtli içki qəbul edən ölkələrin reytinqi açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reytinqi İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərtib edib.

Reytinqdə birinci yerdə Litva qərarlaşıb. Belə ki, bu ölkədə sakinlər orta hesabla ildə 12,3 litr spirtli içki qəbul edir.

İlk üçlükdə Avstriya (11,8 litr) və Fransa (11,7 litr) da yer alıb. Çexiya 11,6 litr göstərici ilə dördüncü, Lüksemburq 11,3 litr göstərici ilə beşinci olub.

Spirtli içki istehlak həcminə görə Rusiya reytinqdə ilk onluqda yer alıb. Belə ki, şimal qonşumuz 11,1 litr göstərici ilə yeddinci olub.

Reytinqə əsasən, ən az spirt içilən ölkələr İndoneziya (0,3 litr), Türkiyə (1,4 litr) və İsrail (2,6 litr) olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.