Dünya

15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəldi - Məktəbdə bıçaqlanıb, evə gəlibmiş....- FOTO

13 Noyabr 2019 10:20
4 Şərh     Baxış: 14 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəlib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, mübahisə zamanı bıçaqlandığını ailəsindən gizlədərək birbaşa öz otağına gedib, yatan qız ölüb.

Rusiyanın Yekaterinburq şəhərində yaşayan 15 yaşlı məktəbli Yelizabet Kindsfater məktəbdə mübahisə zamanı sinəsindən bıçaqlanıb. Lakin o, xəstəxanaya getmək əvəzinə güclə evə gəlib, valideynlərinə yorğun olduğunu bildirib və öz otağına keçib.

Axşam saatlarında qızın halı pisləşib və o, valideynlərindən kömək istəyib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun bıçaqlanmasında şübhəli bilininən 16 yaşlı oğlan saxlanılıb. O, hadisə zamanı sərxoş halda olub.

İlkin məlumata görə, qız oğlanı söydüyünə görə bıçaqlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.