Dünya

Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı

12 Noyabr 2019 22:02
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Ebola virusuna qarşı peyvənd istehsalına start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, istehsal prosesini Novosibirsk vilayətində Rusiyanın Baş naziri Dmitri Medvedev işə salıb.

İstehsal olunan peyvəndlər hazırda Ebola virusunun yayıldığı Konqo Demokratik Respublikasına göndəriləcək.

Qeyd edək ki, bu ölkədə Ebola virusu 2018-ci ilin iyulunda qeydə alınıb. Bu günədək 3228 nəfər bu xəstəliyə yoluxub, 2157 nəfər vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.