Dünya

Fransada zəlzələ: ölənlər var

12 Noyabr 2019 17:27
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 11-də Fransanın cənub-şərqindəki Le Tay bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Episentri Montelimar şəhərində baş verən zəlzələ nəticəsində 30 ev tamamilə dağılıb, 250 evə ciddi ziyan dəyib.

Zəlzələ cəmi on saniyə davam edib. Zəlzələnin təsiri Lion, Montpellier, Aviqnon bölgələrində də hiss olunub. 

Ardeçe prefekturasında isə üç qurbanın olduğu bildirilir. 

Kommunanın 300-ə yaxın sakini təşvişə düşərək ərazini tərk edib və yerli məktəblərdə məskunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.