Dünya

26 nəfər "Bulbul" siklonunun qurbanı oldu

12 Noyabr 2019 09:15
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insanların ölümünün əsas səbəbi güclü küləyin aşırdığı ağaclar olub. İnsanların bir hissəsi batıb və ya evlərinin uçması nəticəsində ölüblər.

Daha əvvəl "bdnews24" internet-nəşri 13 nəfərin öldüyünü bildirirdi.

Bundan əlavə, 51 balıqçının itkin düşdüyü bildirilir. Məlumata əsasən, onlar xəbərdarlığa baxmayaraq dənizə çıxıblar və geri qayıdmayıblar.

Həmçinin qeyd edilir ki, siklon nəticəsində Banqladeşin 13 cənub rayonunda 100 minə yaxın evə ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.