Dünya

Bu ərazidən hər gün insan meyiti tapılır - Qorxunc olayın sirri

11 Noyabr 2019 20:04
0 Şərh     Baxış: 1 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Puerto Penasko şəhəri yaxınlığında yerləşən çöllük ərazidəki bir çuxurda 10 insan meyiti tapılıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Meksika polisinin verdiyi açıqlamada cəsədlərin ABŞ-la sərhəd bölgədə aşkar edildiyi bildirilib.

Sözügedən yerdə 10 cəsədin tapıldığının bildirildiyi açıqlamada oktyabr ayından bu yana bölgədə aşkar olunan meyit sayının 52-yə çatdığı vurğulanıb.

Açıqlamada az qala hər gün bu bölgədə insan cəsədinə rast gəlindiyi qeyd olunub.

Məlumata görə, narkotik mafiyaları işlədiyi cinayətləri ört-basdır etmək məqsədilə belə üsullardan istifadə edir.

Puerto Penasko vaxtilə Şinalo narkotik karteli ilə rəqiblərinin qarşıdurmasına səhnə olmuşdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.