Dünya

Polis canlı yayımda etirazçını güllələdi - VİDEO

11 Noyabr 2019 17:49
0 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqda baş tutan etiraz aksiyasında polis nümayişçiyə atəş açıb. Hadisə anı "Facebook"da canlı yayımlanıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə polisin ona qarşı çıxan nümayişçiyə iki dəfə atəş açması əks olunub. 

Məlumata görə, yaralı şəxs xəstəxanaya aparılıb və hazırda vəziyyəti ağırdır. 

Bu, aylardır davam edən etiraz aksiyalarından polisin etirazçılara atəş açdığı üçüncü hadisədir. 

Honkonqda etirazlar cinayət törədən şəxslərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi səbəbindən bu ilin iyununda başlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.