Dünya

Toyuq əti yedi, komaya düşdü, iflic oldu

11 Noyabr 2019 11:24
0 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Brayton şəhərinin sakini pis hazırlanmış toyuq əti yeyib və iflic olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı Riçard Cekson toyuq əti yedikdən sonra zəhərlənib və xəstəxanaya yerləşdirilib. 

Xəstəxanaya gətirilən zaman Cekson huşsuz vəziyyətdə olub. Reanimasiyaya yerləşdirildikdə isə o, komaya düşüb. 

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənmə bədənin nadir reaksiyasına səbəb olub, onun immun sistemi onurğasını zədələyib və bu səbəbdən Ceksonun aşağı ətrafları iflic olub. 

Komadan çıxan zaman R.Cekson əllərini və ayaqlarını, demək olar ki, hərəkət etdirməkdə çətinlik çəkib. 

İki aylıq müalicədən sonra Ceksona beyni vasitəsilə idarə edə biləcəyi robot kostyum verilib və o, bunun vasitəsilə hərəkət edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.