Dünya

Türkiyədə iki zəlzələ qeydə alınıb

11 Noyabr 2019 00:09
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə sahillərində Aralıq dənizində 3,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:39-da qeydə alınıb. Zəlzələnin episentri Antalya vilayətinin Alanya rayonundan 51,23 kilometr məsafədə yerləşib.

Zəlzələnin ocağı 17,83 kilometr dərinlikdə yerləşib.

İzmir vilayətində saat 18:16-da 3,0 bal gücündə zəlzələnin baş verdiyi də bildirilib. Zəlzələlərin episentri Çeşme rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.