Dünya

Bələdiyyə sədrinin saçını kəsib, üzünə boya atdılar - FOTO - VİDEO

10 Noyabr 2019 13:10
0 Şərh     Baxış: 3 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviyada mübahisəli seçki nəticələrindən sonra insanlar küçələrə axın ediblər.  Məlumata görə, bu günə qədər qarşıdurmalarda 1 nəfər ölüb, 89 nəfər isə yaralanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, müxalif nümayişçilər qadın bələdiyyə sədri olan Patrisia Arceyə işgəncə veriblər. Saçları zorla kəsilən bələdiyyə başqanı küçədə yalın ayaqla gəzdirilib.

Ölkənin Vinto adlı bölgəsində bələdiyyə binasına hücum edən müxaliflər iqtidar partiyası olan Sosializm Hərəkatına mənsub qadın bələdiyyə sədri Patrisia Arceni binadan zorla çıxarıblar.

Bələdiyyə binasını yağmaladıqdan sonra yandıran nümayişçilər girov götürdükləri və işgəncələrə məruz qoyduqları qadın başqanı bir müddət sonra polisə təhvil veriblər.

Müxaliflərin söyüşlərinə və fiziki təzyiqinə məruz qalan qadın siyasətçinin saçlarının zorla kəsildiyi, üzünə və bədəninə boya, zibil atıldığı bildirilir.

Baş vermiş hadisə ilə bağlı görüntülər sosial mediada yayımlanıb.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.