Dünya

Kataloniyanın müstəqilliyinin tərəfdarları seçkilər ərəfəsində nümayişlər keçiriblər

10 Noyabr 2019 09:16
0 Şərh     Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, nümayişlər bölgənin ölkənin tərkibindən çıxmağını istəyən hərəkatlar tərəfindən təşkil olunub.

"Demokratik Sunami" təşkilatı Kataloniyanın müxtəlif şəhərlərində 300-ə yaxın aksiya təşkil etdiklərini açıqlayıblar. Həmçinin, seçkilərdən əvvəl Barselonada konsert təşkil edilib.

Kataloniya polisinin "Twitter" səhifəsində yerləşdirdiyi məlumata əsasən, bəzi etirazçılar polislərə daş və digər ağır əşyalar atıblar. Hal hazırda şəhərin bir neçə küçəsi bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.