Dünya

Tanınmış yazıçının əri intihar etdi

8 Noyabr 2019 10:24
1 Şərh     Baxış: 3 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur yazıçı Sereay Şahinlərin əri İbrahim Özkan məhkəmə binasında intihar edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 35 yaşlı kişi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə edilib və ona 4 ay 5 gün həbs cəzası verilib. Lakin məhkəmə hökmün icrasını təxirə salıb. Buna baxmayaraq, İbrahim özünü ədliyyə binasının 7-ci mərtəbəsindən atıb.

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Özkanın intihar səbəbi isə bilinmir.

Yaşanan hadisə binada böyük panikaya yol açıb. Orada olan qadınlardan bəziləri gördükləri mənzərə qarşısında huşunu itirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.