Dünya

Braziliya hakimiyyəti paytaxta əsgər göndərəcək - SƏBƏB

8 Noyabr 2019 09:19
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya hökuməti 11-ci "BRIKS" zirvəsinin təhlükəsizliyini təmin etmək üçün gələn həftə paytaxtda ordu hissələrini yerləşdirəcəkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Braziliya ali məhkəməsinin sədri Antonio Dias iclasda deyib: "Silahlı qüvvələrin istifadəsi Noyabrın 1-dən 15-dək "BRIKS" sammitində iştirak edən dövlət və hökumət başçılarının təhlükəsizliyini təmin etmək üçün icazə verildi".

Bildirilirki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası rəhbərlərinin iştirakı ilə "BRIKS" sammiti 13-14 noyabr tarixlərində, ölkənin xarici işlər nazirliyinin qərargahında, Itamarati sarayında keçiriləcəkdir. Sammitdə "BRIKS" biznes forumunun tədbirləri və bir sıra ikitərəfli sammitlər də yer alacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.