Dünya

Mütəxəssislər tərkibində civənin miqdarı yüksək olan balıqların yeyilməsi üçün yaş senzini artırıb

8 Noyabr 2019 00:45
0 Şərh     Baxış: 2 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Qida Məhsulları və Qida Təhlükəsizliyi Agentliyi (AESAN) tərkibində civənın miqdarı yüksək olan balıqların, o cümlədən qılınc balığın, köpək balığının, mavi ton balığının və durnabalığının istifadəsi üzrə tövsiyələrini sərtləşdirib və bu balıq növlərinin yeyilməsi üçün yaş senzini 3 yaşdan 10 yaşadək artırıb. AESAN mütəxəssisləri 10 yaşından 14 yaşınadək uşaqlara isə həmin balıqların istifadəsini ayda 120 qramadək məhdudlaşdırmağı tövsiyə edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni elmi məlumatlara əsaslanan AESAN mütəxəssislərinin fikrincə, tədqiqatların nəticələri digər Avropa ölkələri ilə müqayisədə İspaniya əhalisində civənin konsentrasiyasının yüksək olduğunu göstərib. Agentlik rasiona dəyişiklik etməyi, daha çox tərkibində civənin miqdarı az olan dəniz məhsullarını - mintay, ançous, kalmar, krevet, səkkizayaqlı ilbiz, qızılbalıq və alabalıq yeməyi məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.