Dünya

Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb

7 Noyabr 2019 12:58
2 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib.

Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib.

Aparılan əməliyyat çərçivəsində 4 nəfər saxlanılıb. Spirtli içkilərin hazırlanmasında istifadə olunan 1 473 litr metanol aşkarlanaraq götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.