Dünya

Pakistanda dengeyə yoluxanların sayı rekord vurdu

6 Noyabr 2019 21:45
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il ərzində Pakistanda denge qızdırmasıbna yoluxanların sayı 44 min nəfərdən çox olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu göstərici ölkə tarixində rekord hesab olunub.

Bildirilir ki, il ərzində bu xəstəlikdən 66 ölüm halı qeydə alınıb.

Ən çox yoluxma halı paytaxt İslamabadda qeydə alınıb. Bu şəhərdə 12,4 mindən çox, Sind əyalətində 10,1 min, Pəncabda isə 9,2 min nəfər dengeyə yoluxub.

Bununla belə, yoluxanlar arasında ölüm halları azalıb. Belə ki, 2011-ci ildə 27 min yoluxma, 370 ölüm halı qeydə alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.