Dünya

İspan fəallar bütün ölkə boyu 25 milyon palıd qozası əkməyi planlaşdırırlar

6 Noyabr 2019 02:30
0 Şərh     Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu aksiya ölkənin yaşıl landşaftının bərpa olunmasına yönəldilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "La Gran Bellotada Ibérica" ("Böyük İberiya palıd qozası") adlı layihə sosial şəbəkələrdə yayılandan sonra ona mindən çox könüllü qoşulub. Könüllülər yetişmiş palıd qozalarını toplamaq üçün mini-qruplar yaradırlar. Sonra onlar qozaları əkmək üçün münasib zamanı - torpağın yağış suları ilə nəmləndiyi vaxtı gözləyəcəklər.

Kaseres əyalətinin Syerra-de-Qata rayonunda təqribən 9 min hektar meşə sahəsini məhv etmiş yanğından sonra da oxşar layihə həyata keçirilmişdi. Meşələrin bərpası üzrə komanda təşkil edilmişdi. Fəallar təqribən 3 il ərzində yeni ağaclar əkərək bu rayonun təbii landşaftını bərpa etmişdilər. Bu kollektiv iş Avropada yanğından sonra meşələrin bərpası üzrə ən iri sosial layihəyə çevrilmişdi. Hazırda təqribən 200 min ağac mindən çox könüllü sayəsində inkişaf edir. "La Gran Bellotada Ibérica" da məhz həmin layihə əsasında yaradılıb.

Təşkilatçılar hesablayıblar ki, bir iştirakçı gün ərzində 300-500 palıd qozası əkə bilər. 2020-ci il martın 1-nə qədər azı 25 milyon palıd qozası əkmək nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.