Dünya

Məşhur aktrisa vəfat etdi

3 Noyabr 2019 18:48
0 Şərh     Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız aktrisa və müğənni Mari Lafore İsveçrədə vəfat edib.

Milli.Az APA -ya istinadən bildirir ki, aktrisa 80 yaşı qeyd olunduqdan bir ay sonra vəfat edib. M. Laforenin ölümünün səbəbi açıqlanmır.

Qeyd edək ki, əsl Adı Maytena Mari Brijitt Dumenak olan aktrisa 1960-cı ildə rejissor Rene Klemanın "Parlaq günəşdə" filmində Alen Delonla birgə çəkilib. M. Lafore ifa etdiyi mahnılarla da məşhurdur. Həmin mahnılar sırasında Fransua Ozonun çəkdiyi "8 qadın" filmində səsləndirilən "Mon amour, mon ami", o cümlədən "Viens, viens", "Manchester et Liverpool" və digərləri var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.