Dünya

Filippində iki zəlzələ qurbanlarının sayı 21-ə çatıb

3 Noyabr 2019 17:24
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippində ötən həftə baş vermiş iki güclü zəlzələ nəticəsində qurbanların sayı 21-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Philippine Daily Inquirer" qəzeti Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Ləğvi üzrə Milli Şuranın (NDRRMC) hesabatına əsasən xəbər verib.

Daha əvvəl ölənlərin sayının 15, zərərçəkmişlərin sayının 403 olduğu bidirilmişdir.

NDRRMC məlumatına əsasən zərərçəkmişlərin sayının 432-yə yüksəldiyi bildirilmişdir. Zəlzələlər infrastrukturun 30 min obyektinə, o cümlədən 1000-ə yaxın məktəbə, onlarla dini obyektlərə və tibb mərkəzlərinə, 20-dən çox yol və körpülərə ziyan vurmuşdur.

Xatırladaq ki, oktyabrın 29-u və 31-də Filippinin Mindanao adasında 6.6 və 6.5 bal gücündə iki zəlzələ baş vermişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.