Dünya

İngiltərədə hava şəraitinin kəskin dəyişməsi nəqliyyatı iflic etdi

3 Noyabr 2019 10:19
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsi bir sıra problemlər yaradıb. Ölkə ərazisində əsən güclü küləklər nəqliyyatın hərəkətinə maneələr törədib. Külək səbəbindən Duvr limanında bütün sərnişin xidmətləri dayandırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dorset şəhərində isə güclü külək səbəbindən aşan ağac avtomobilin üzərinə düşərək sürücü qadının ölümünə səbəb olub. Şəhərin başqa hissəsində isə binanın dam örtüyünün uçması nəticəsində bir çox avtomobil zədə alıb.

Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.